24 Mayıs 2013 Cuma

Azıx mağarası

Azıx mağarasıAzərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlariının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksi. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır.
Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur.
Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur.
Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.

1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.
 Qaynaq:http://az.wikipedia.org/wiki/Az%C4%B1x_ma%C4%9Faras%C4%B1







 

Hiç yorum yok:

Yorum Gönder