23 Mayıs 2013 Perşembe

Yuxusuzluq

YuxusuzluqGündə 6 saatdan az yatanlarda 700-dən çox genin funksiyasında dəyişiklik meydana gəlir. Araşdırmalara görə, yuxusuzluğun insan bədəni və səhhəti üzərindəki fəsadları indiyə qədər bilinəndən daha çoxdur. “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan araşdırmanın nəticələrinə görə bir həftə ərzində gündə 6 saatdan az yatan insanların bədənindəki yüzlərlə genin funksiyası dəyişikliyə məruz qalır.

“Surrey” universiteti iki qrup üzərində araşdırma aparıb. Qruplardan biri həftə ərzində gündə ən azı 10 saat yatıb. İkinci qrup isə 6 saatdan az yatıb. Bir həftədən sonra hər iki qrup üzvlərindən götürülən qan nümunələri qarşılaşdırılıb. Məlum olub ki, gündə 6 saatdan az yatanlarda 700-dən çox genin funksiyasında dəyişiklik meydana gəlib.
Araşdırmanın rəhbəri professor Kolin Smit bildirib ki, fərqli genlərin funksiyalarında meydana gələn dəyişiklik vücudda maddələr mübadiləsinin də dəyişilməsinə səbəb olur.
bəzi genlərin funksiyalarının gün ərzində təbii olaraq çoxalıb-azaldığını bildirən Kolin Smit yuxusuzluğun genlərin təbbi ritmini pozaraq çox az və ya həddindən çox fəaliyyət göstərməsinə səbəb olduğunu qeyd edib.
Bundan başqa professor, ürək xəstəlikləri, diabet, piylənmə və beyin funksiyalarının pozulması ilə əlaqələndirilən yuxusuzluğun hüceyrə yenilənməsini də dayandıraraq immunitet sisteminə mənfi təsir göstərdiyini vurğulayıb.

Hiç yorum yok:

Yorum Gönder