17 Aralık 2012 Pazartesi

Heyvanlarla görüş

Bu gün Bazar günüdür. Biz saat 3-də “ANGLO-AMERICAN BUSINESS SERVICES” mərkəzində Friend they need your love adlı sərgiyə getdik. Orada pulsuz it və pişik verirdilər. İstəyənlər pişikləri əlində gəzdirə bilərdi. Biz orada çoxlu pişik və itlər gördük. Orda pişiklərin boğazına bantik şəklində lentlər bağlamışdılar.

Sonra isə bir qız gəldi və bizi uşaqlar üçün olan otağa apardı. Orada bizə rəngləmələr verdilər. Şəkilləri rəngləmək üçün orda rəngli təbaşirlər, karandaşlar və boyalar var idi.Mən 2 rəngləmə rənglədim və 1 şəkil çəkdim. Daha sonra isə hamının rənglədikləri şəkilləri ilə birlikdə şəkillərini çəkdilər. Nə yaxşı ki çəkdiyimiz və rənglədiyimiz şəkilləri götürməyə icazə verdilər. Bizim bu günümüz çox yaxşı keçdi.

  




Hiç yorum yok:

Yorum Gönder