
“Oxu” fənnində isə araşdırmaya 53 ölkə cəlb edilib və azərbaycanlı şagirdlər onların arasında 38-ci sıradadırlar. Sənədə görə Rusiya, Finlandiya və Tayvandan olan şagirdlər də bu 3 fənlər üzrə ilk onluqda qərar tuturlar.
Azərbaycanda da orta məktəblərdə təhsilin keyfiyyəti üstündə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasında mübahisələr tez-tez yerli medianın əsas mövzusuna çevrilir. Polemika hətta Təhsil naziri ilə TQDK sədri arasında açıq mübahisəyə keçib.
TQDK orta məktəblərdə təhsilin
keyfiyyətinin ildən-ilə azaldığını deyir, ötən il hətta ali məktəblərə
keçid ballarını bu üzdən minimuma qədər endirməli olduğunu bildirir.
Təhsil Nazirliyi isə ittihamı rədd edir,
nazir tez-tez çıxışlarında bildirir ki, məktəblərdə problemlər olsa da
vəziyyət TQDK-nın təsvir etdiyi qədər pis deyil.
Qaynaq: www.azadliq.org
Hiç yorum yok:
Yorum Gönder